Cəlilabadda yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 8 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 2 otağı 33 kv.m, eyvanın tavanı və çardağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.