Gəncə sakini evinin çardağından silah-sursat tapıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhərində yaşayan Bahar İsmayıllı evinin çardağından tapdığı 1 ədəd “AKSU” markalı silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq, Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər İlqar Səfixanova məxsus olması müəyyən edilib.
Hacı Zeynalov