8 Aprel 2015 14:29
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əkbər Əlirzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

İttihama görə, Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Əkbər Əlirzayev həmyerlisi, 1998-ci il təvəllüdlü D. M. evlənmək məqsədilə qaçırıb. Yetkinlik yaşına çatmayan qızını ailə üzvləri polisə şikayətindən sonra Əkbər Əlirzəyev həbs edilib.

Əkbər Əlirzayev Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsinə əsasən ittiham edilir.

Hacı Zeynalov


Müəllif: