Bakının Nəsimi rayonunda avaralıq və dilənçiliklə məşğul olanlar saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dilənçilərin saxlanılması ilə bağlı əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı avaralıq və dilənçiliklə məşğul olan 6 nəfər saxlanılıb və barələrində müvafiq tədbir görülüb.
Hacı Zeynalov