Bakıda avtoxuliqanlıq edən daha bir nəfər barəsində tədbir görülüb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən martın 16-da Ceyhun İslam oğlu Səlimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. Barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 8 aprel 2015-ci il tarixli qərarına əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək bir il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə yanaşı, 500 manat cərimə edilib.
Hacı Zeynalov