Bakıda kirayə yaşayan Masallı sakinin evindən oğurluq edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 7-i saat 7 radələrində, H.Aslanov küçəsində yerləşən evdə kirayədə yaşayan Masallı rayon sakini Bəxtiyar Nuruyevin mənzilindən oğurluq edilib. Onun evindən açıq qapıdan keçməklə 3700 manat, 3 ədəd mobil telefon və geyim əşyaları oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Nizami oğlu Qurbanov tutulub.