12 Aprel 2015 00:35
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 10-da qardaş Qazaxıstanın paytaxtı Astanada təntənəli şəkildə Levon Mirzoyan küçəsinin böyük qazax alimi, akademik Kanış Satpayevin adına dəyişdirilməsi mərasimi keçirilib.

Xəbərə görə, erməni cəlladının adını daşıyan bütün lövhələr təzələri ilə əvəz olunub.

Qazaxıstan bütün mənalarda bu doğru addıma erməni diasporunun və şəxsən Ermənistanın ədliyyə nazirinin heç olmasa aprelin 24-dək lövhələri dəyişməməklə bağlı yalvarışına məhəl qoymayaraq atıb.

Levon İsayeviç Mirzoyan 1933-38-ci illərdə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinə başçılıq edib. Məhz onun rəhbərliyi altında qazax millətinin “qızıl fondu” məhv edilib. Hərçənd, sonra onun özü də güllələnib.

Beləliklə də, 10 aprel 2015-ci ildə qazax xalqı gec də olsa, tarixi ədaləti bərpa edib./Musavat.com/


Müəllif:

Oxşar xəbərlər