Bakıda 15 yaşlı uşaq qaçırdığı avtomobillə qəza törədib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, aprelin 16-da saat 18 radələrində, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü Kamran Həmzə oğlu Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb.
O, idarə etdiyi avtomobillə 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub və idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov, A.Vahidov və T.Seyidov 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olublar. T.Seyidov orada ölüb, digərlərinin vəziyyətləri ağırdır.
Fakt Sabunçu RPİ 14-cü PB tərəfindən araşdırılır.
Hacı Zeynalov