28 Aprel 2015 14:05
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Nəsimi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 26-da, səhər saat 05 radələrində qeydə alınıb.

Səhər saatlarında rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Kəmalə Müftəliyevaya naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs Kəmalə Müftəliyevə zor tətbiq edərək içərisində 60 manat, mobil telefon və sənədi olan çantasını alıb.

19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əlibala Quliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər