28 Aprel 2015 14:49
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Samirə Qurbanova həbs edilib.

Samirə Qurbanovanın rayon ərazisində kirayə tutduğu evlərdə gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Həmçinin bildirilir ki, o, Nəsimi küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər