30 Aprel 2015 15:03
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1981-ci il təvəllüdlü Vahid Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı 1981-ci il təvəllüdlü Nuriyev Vahid Əlixan oğlu saxlanılıb. Həmin şəxsdən 2 kq.dan artıq narkotik vasitə- marixuana aşkarlanıb. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əslən Zaqatala rayonundan olan Əli adlı şəxsdən 500 manata aldığını bildirib. Taksi sürücüsü olan Vahid Nuriyev ifadəsi zamanı iki ilə yaxındır ki, narkotik vasitələr aludəçisi olduğunu bildirib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Vahid Nuriyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər