Bakının Yasamal rayonunda 5 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb. Yasamal Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, mayın 1-də Mətbuat prospektindən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hamlet Cahangirov bıçaqlanıb.
Məlumata görə, Hamlet Cahangirov Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin şəxs mayın 4-də xəstəxanada ölüb.
Hamlet Cahangirovu bıçaqla vuran naməlum şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov