13 May 2015 16:31
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda şirkətdən oğurluq edilib.

Teleqraf.com xəbətr verir ki, oğurluq hadisəsi Bakı - Salyan şosesinin 25-ci kilometrliyində yerləşən “CİDC Baku MMC” də qeydə alınıb.

Şirkətdən 155 ədəd işıq plafonu, 200 ədədə projektor lampası və 16 ədəd müşahidə kamerasını oğurlanıb. Oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə məlumat verilib.

Hazırda oğurluq edən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: