Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticlənən yol qəzası törətməkdə təqsirli bilinən 25 yaşlı Babək Bağırovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Babək Bağırov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sumqayıt şəhər sakini, 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 25 yaşlı Babək Bağırovun idarə etdiyi “Hyundai” markalı və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı maşınlar toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Qismət Kərimov, Rəşad Cəlilov və şəxsiyyəti hələ müəyyənləşməmiş 3 nəfər aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobillərin sürücüləri və maşınlarda olan sərnişinlərdən Ramin Məmmədov, Ceyhun Əzizov və İllarian Katliarov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar zamanı Babək Bağırov yol qəzasının törədilməsində təqsirli bilinib. Buna görə də onun barəsində cinayət işi başlanıb.
Hacı Zeynalov