21 May 2015 16:53
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən İntiqam Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, yol nəqlliyyat hadisəsi ötən ilin dekabrın 18-də yol qəzası Bakı-Quba yolunun 49-cu kilometrliyində qeydə alınıb. 1987-ci il təvəllüdlü İntiqam Cəmşid oğlu Mehrəliyevin idarə etdiyi “İveco” markalı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Rahat Əmənulla oğlu Muradovun idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində R. Muradov və sərnişini, 1985-ci il təvəllüdlü Emil Tahir oğlu Əsgərov hadisə yerində ölüblər.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə C. Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər