Bakı sakininə qarşı dələduzluq edilib.
Bakı şəhər sakini Yavər Məmmədov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, Rəhim adlı şəxsə ümumi dəyəri 35 min manat olan 50 ədəd mobil telefonu satmaq adı ilə verib.
Lakin sonuncu ona qarşı dələduzluq edib.
Hazırda ərizə üzrə araşdırma aparılır.