1 İyun 2015 13:10
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ruslan Mustafayev 14 il, Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər