2 İyun 2015 14:01
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Böyükağa Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Böyükağa Kərimli Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

O, Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Böyükağa Kərimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesin əvvəlində Böyükağa Kərimlinin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hakim bildirib ki, cinayət işi üzrə ibtidai istintaq bu ilin mayın 19-da yekunlaşıb. Onun sözlərinə görə, həmin gün müstəntiqin təqdimatı ilə təqsirləndirilən şəxsin barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib: “Həmin qərardan təqsirləndirilən şəxsin şikayət vermək hüququ olub. Amma təqsirləndirilən şəxs qərardan şikayət verməyib və istintaq sənədləri ilə tanış olması, cinayət işinin məhkəməyə göndərilməsinə etiraz etməməsi ilə bağlı qeyd edib”.

Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

Məhkəmə baxışı iyunun 8-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər