Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Sahib Müzəffərov və Cəfər Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib. Onlar ötən ilin sentyabrın 21-də Mir Mövsüm Ağanın ziyarətgahına gələn Sahib Nəcəfovun avtomobilindən həyat yoldaşı Zamirə Nəcəfovaya məxsus çantanı oğurlayıblar. Çantada 1070 manat və 2000 ABŞ dolları, habelə qızıl və məişət əşyaları olub. Nəcvəfovlar həmin gün ziyarətgaha qurban kəsməyə gəliblərmiş.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Daha sonra zərərçəkmiş qismində Zamirə Nəcəfova və cinayət işində adı keçən bir neçə şahid ifadə verib.
Hacı Zeynalov