5 İyun 2015 13:26
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Əfqan Yusubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 10 fevral, 2015-ci ildə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində baş verib. Əfqan Yusubovla qaynı Vüqar arasında mübahisə düşüb.

Mübahisə zamanı Əfqan Yusubov qaynına bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həm qətlə yetirilən Vüqar Salmanov, həm də onu bıçaqlayan yeznəsi Əfqan Yusibov əslən Yevlax rayonundandırlar və Bakıda müvəqqəti yaşayıblar.

Qeyd edək ki, yeznə-qayın arasında mübahisə DVD üstündə yaranıb. Mərhum Vüqar Salmanov yeznəsi Əfqan Yusubova DVD satıb. Amma Əfqan Yusubov aldığı əşyanın pulunu vermədiyi üçün aralarında mübahisə düşüb. Yaranmış mübahisə isə qansız ötüşməyib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 8-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər