9 İyun 2015 17:04
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində qohumlarını döyərək öldürməkdə təqsirləndirilən Şahin Əmiraslanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, üç uşaq anası Yeganə Əmiraslanova əri Nəbi Əmiraslanovla yola getmirmiş. Hər dəfə həyat yoldaşının işgəncələrinə məruz qalan qadın küsüb qardaşı Ramilin evinə gedirmiş.

Sonuncu dava-dalaşdan sonra Yeganə qardaşı Ramilə zəng edib və gəlib onu aparmağını istəyib. Ramil bacısını uşaqları ilə birlikdə öz evinə aparıb. O, yeznəsi Nəbini də döyüb. Elə cinayətin baş verməsi də bundan sonra başlayıb.

Nəbi Əmiraslanov 10 sentyabr 2013-cü il tarixdə saat 20 radələrində qaynı Ramil Nəbiyev tərəfindən döyülüb. Qaynı tərəfindən döyülən Nəbi zəng edərək atası Gülağa Əmiraslanovu və qardaşı Şahin Əmiraslanovu Abşeron rayonu Hökməli qəsəbəsindəki evinə çağırıb.

Nəbi onlara Ramil Nəbiyev tərəfindən döyüldüyünü bir daha bildirdib. Ata və oğlanları Ramildən qisas almaq qərarına gəliblər. Onlar məqsədlərini həyəta keçirmək üçün Ramil Nəbiyevi öldürmək qərarına gəliblər.

Bu məqsədlə Nəbi Əmiraslanov, atası Gülağa Əmiraslanov və qardaşı Şahin Əmiraslanovla “VAZ-2102” markalı avtomobillə Ramil Nəbiyevin yaşadığı evinə gəliblər. Onlar özləri ilə gətirdiyi bıçaqla Ramil Nəbiyevə hücum ediblər. Onlar Ramil Nəbiyevin anası Afərdə Yusifova, bacısı Yeganə Əmiraslanova, azyaşlı oğlu Ramal Nəbiyevin gözləri qarşısında cinayəti törədiblər. Ata və oğlanları zğölərində olan bıçaqla Ramil Nəbiyevə çoxsaylı zərbələr vurublar. Ramil Nəbiyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin və Nəbi Əmiraslanovlar 15 il, Gülağa Əmirsalnaov isə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Şahin Əmiraslanov cinayətin iştirakçısı olmadığını əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Bundan başqa, Nəbi Əmirsalanov isə apelyasiya şikayətində ədalətli qərar qəbul edilməsini istəyib. Gülağa Əmirsalnov da cəzasının yüngülləşdirilməsi tələbi ilə çıxış edib. Ata və oğulların şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Şahin Əmirsalanovun cəzası 13 ilə endirilib. Qalan hissədə hökm dəyişdirilməyib.

Şahin Əmiraslanovun cəzasının yüngülləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün Baş Prokurorluq kasasiya protesti verib. Prokurorluğun protestinə Ali Məhkəmədə baxılıb və protest təmin edilib. Qərara görə, Sumqayıt Apelyasiya Məhkəməsinin Şahin Əmiraslanovla bağlı olan hissədə qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Apelyasiya instansiyasında Şahin Əmiraslanovun işinə hakim İlham Həsənov sədrlik edir. İlkin baxış iclasında Şahin Əmiraslanovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı iyunun 12-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər