3 İyul 2015 10:03
2 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət Əsədova yazıçı Əziz Musaoğlunu məhkəməyə verib.

Bu barədə Teleqraf.com-a Mətanət Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkil bildirib ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Onun sözlərinə görə, Əziz Musaoğlu müğənnini şərəf və ləyaqətini alçaldan ifadələr işlədib: “Əziz Musaoğlu Mətanət Əsədovanı təhqir edib. Şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsinə yol verilməzliyi, şəxsin ictimayyət qarşısında göstərmiş olduğu münasibətə hüquqi müstəvidə qiymət verilməsini istəyirik”.

Ceyhun Yusifov qeyd edib ki, iddia ərizəsində Əziz Musaoğlunun “Space” televiziyasının efirində Mətanət Əsədovadan üzr istəməsini istəmişik: “Çünki Əziz Musaoğlu efirdə yayım zamanı Mətanət Əsədovanın ünvanına təhqir edici ifadələr işlədib. Həmçinin iddia ərizəsində Mətanət Əsədovanın şərəf ləyaqətinin, nüfuzunun ləkələnməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə təzminat olaraq Əziz Musaoğlundan 100 min manat miqdarında tutulması barədə qətnamə çıxarılmasını istəmişik”.

Vəkilin sözlərinə görə, iddia ərizəsi hazırlanıb və bu gün ərzində Cəbrayıl Rayon Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər