6 İyul 2015 19:48
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arslan Azim Oğlu adlı Facebook istifadəçisi iyulun 5-də Təbrizdə Azərbaycan vətəndaşı olduğu güman edilən şəxsin hotelin pəncərəsindən asılmış vəziyyətdə fotosunu yayıb.

Aslan Azim Oğlunun səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Tәbrizin (İran Azərbaycanı) imam xiyabanındakı Cahannamə hotelinin pәncәrәsindәn asılmış adamı görüb və onun fotosunu çəkib.

“Həmin adam odasının kәnar küçәyә açılan pәncәrәsindәn özünü asmış vә sәhәrә yaxın camaatın polisә xәbәr vermәsi ilә itfailyәdәn (xilasedicilər-red) hadisә yerinә gәlmişlәr”, o yazıb.

Arslan Azim Oğlu hadisə yerində olanların asılmış vəziyyətdə olan insanın Azərbaycan vətəndaşı, Bakıdan olduğunu dediklərini yazıb.

Öz növbəsində, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu yayılan məlumat hələ nə təsdiq, nə də təkzib edib.

Azərbaycanın Təbrizdəki baş konsulluğu bəyan edib ki, KİV və sosial şəbəkələrdə yayılan məlumat nəzarətə götürülüb. Vətəndaşın Azərbaycan Respublikasının vətəndaşı olub-olmadığı, özünü asıb-asmadığı Baş Konsulluq tərəfindən aydınlaşdırılır və İranın Şərqi Azərbaycan Vilayətinin aidiyyatı orqanlarına sorğu göndərilib.


Müəllif:

Oxşar xəbərlər