Bakıda mənzildə termometr sınıb, dağılmış civə demerkurizasiya edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 08:00-da başa çatıb.