9 İyul 2015 13:03
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan və Gədəbəy rayonlarında narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatlardan birini Beyləqan rayon polis şöbəsi əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitmiş, çəkisi 230 kiloqram olan 132 ədəd çətənə kolu aşkar olunub.

Daha bir əməliyyatı Gədəbəy rayon polis şöbəsinin əməkdaşları keçirib. Novosaratovka kəndində yabanı halda bitmiş, çəkisi 946 kq olan 1980 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Hacı Zeynalov


Müəllif: