Ucarda sürücü sükan arxasında dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı –Qazax əsas magistral yolunun 234-cü kilometrliyinin Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
1961-ci il təvəllüdlü Severelov Albert Vitaliviç idarə etdiyi 90 – EU -591 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili ilə hərəkətdə olarkən, maşının idarəetməsini itirib və əsas magistral yoldan çıxarıb.
Maşını saxlayan sürücü sükan arxasında dünyasını dəyişib.
Mərhum Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar rayon şöbəsinə gətirilib. Şöbədən verilən məlumata görə, A. Severelov ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.