Ağdam rayonu, Quzanlı qəsəbə sakininin yaşadığı evdə yanğın baş verib.
Teleqraf.com Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumat verir ki, iyulun 16-da Ağdam rayonu, Quzanlı qəsəbə sakini Zamiq Kazımovun yaşadığı evdə yanğın baş verib.
Evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Z.Kazımovun qızları Afsanənin və Rəqsanənin yanmış meyitləri tapılıb.