30 İyul 2015 13:31
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyulun 29-nə keçən gecə Bakı şəhər sakini Valeriy Tsvetkova məxsus dərzi sexinin divarında quraşdırılmış kondinsioner oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Masallı rayon sakini əvvəllər məhkum olunmuş Nazir Əsədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, Aybək Bağırlıya və Rəşid Fərəcova məxsus mağazalarının divarlarına quraşdırılmış kondisionerləri oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: