30 İyul 2015 18:41
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bulud Kərimov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Nizami Qəhrəmanov və Urfan Hüseynovla birlikdə mütəşəkkil dəstə yaradıblar. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onların etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurublar.

Onlardan Nizami Qəhrəmanov istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı arqustun 12-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif: