12 Avqust 2015 01:15
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə 37 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Zəyzid kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Allahyar oğlu Bayramov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 37 yaşlı Əfqan Bayramov ötən gün gecə saatlarında yaşadığı evdə içkili vəziyyətdə bilməyərək sirkə turşusu qəbul edib. Əfqan Bayramova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.


Müəllif:

Oxşar xəbərlər