14 Avqust 2015 11:12
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alaxançanlı kəndində qeydə alınıb. Kənd sakini, 37 yaşlı Hikmət Namazov ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxslə mübahisə edib.

Nəticədə həmin şəxs Hikmət Namazovun üz nahiyyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Daşkəsən rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Gəncə şəhər sakini Taleh Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər