Masallı rayon sakini Y.Abbasquliyevin evində yanğın baş verib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yelağacı kəndində baş verib. Həmin kənddə yaşayan Yalçın Abbasquliyevin evində baş vermiş yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. E.Abbasquliyevin 4 azyaşlı uşağı xəstəxanaya yerləşdirilib.
Azyaşlılardan biri orada ölüb.