Şəmkir rayonunda baş verən dəhşətli qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Şəmkir sakini Fariz Mirzəyev qeyri-rəsmi nikahla yaşadığı Bahar Hüseynovanın 2012-ci il təvəllüdlü Nihad adlı oğlunu öldürüb.
O, daha sonra uşağı İrmaşlı kənd qəbiristanlığında basdırıb. Fariz Mirzəyev 3 yaşlı uşağın başqa kişindən olduğunu başa düşüb və qisas məqsədilə cinayət hadisəsini törədib.
O, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov