Bakının Qaradağ rayonunda şirkət rəhbəri dələduzluqla üzləşib.
Teleqraf.com xəbər verir ki, “Günel” MMC-nin direktoru Çingiz Həsənov dələduzluqla üzləşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
O, bildirib ki, cari ilin yanvarından may ayına kimi olan müddətdə betonqarışdıran qurğusunun quraşdırması üçün 1976-cı il təvəllüdlü Murad Mahmud oğlu İbrahimovun müdiri olduğu “Azer Ktalon Test” MMC-nin hesabına 10 min manat köçürüb. Pulun köçürülməsinə baxmayaraq Murad İbrahimov heç bir iş görməyib.
Çingiz Həsənovun şikayəti araşdırılması üçün adiyyatı üzrə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.
Faktla bağlı təhqiqat araşdırma aparılır.
Hacı Zeynalov