19 Avqust 2015 12:38
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Xaləddin Məmmədov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xaləddin Məmmədov oğurluq etmək məqsədilə Namik Kamalov, Emin İsmayılov və Qərib Cəbrayıoov ilə cinayət əlaqəsinə girib. Onlar 29 aprel.2014-cü il tarixdə, gecə saat 02.00-da Xaçmaz şəhəri M.Mehmandarov küçəsində yerləşən Əjdər Mustafayevə məxsus mağazanın qarşısına gəliblər. Emin İsmayılov və Qərib Cəbrayılov pusquda dayanıb, Xaləddin Namik Kamalovla birlikdə dəmir linglə mağazanın qapısının qıfılını sındıraraq içəri giriblər. Onlar mağazadan 1267 manat dəyərində danışıq konturu, spirtli və spirtsiz içkilər, digər ərzaq və məişət mallarını oğurlayıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə ittiham olunublar və Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə hər biri 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan Xaləddin Məmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Fərmayıl Zeynalının sədrliyi ilə keçirilən prosesdə Xaləddin Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər