Bakının Xətai rayonunda 4 ay əvvəl baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində adam bıçaqlayan Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Tahir Kərimov tutulub.
O, bu ilin iyunun 15-də, saat 20:15 radələrində M.Rüstəmov küçəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramal İbrahimov ilə mübahisə edib. Gənclər arasında yaranan mübahisə sonda qan tökülməsi ilə nəticələnib.
Tahir Kərimov özündə olan bıçaqla Ramal İbrahimovu bıçaqlayıb. Həmin vaxt Ramal İbrahimova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov