Daxili İşlər Nazirliyi istirahət günü baş verən ağır qəzalarla bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qəbələ şəhərində rayon sakinləri Cumar Ağayevin idarə etdiyi “VAZ-21074” və Tural Rəsulovun idarə etdiyi “QAZ-32231” markalı avtomobillər toqquşub. Hər 2 sürücü, habelə C.Ağayevin 3 sərnişini xəstəxanaya yerləşdirilib, C.Ağayev orada ölüb.
Sentyabrın 13-də saat 22 radələrində Goranboy rayonunun Şəfibəyli kəndində rayon sakini Telman Əmrahov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarında dayanmış Səyyaf Həsənova məxsus “HOVO” markalı avtomobilə vurub və hadisə yerində ölüb.
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Qəhrəman Qəhrəmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Qurbanovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 12-də orada ölüb.
Sentyabrın 12-də saat 17 radələrində Lənkəran şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Gülnisə Hüseynova vurulub və nəticədə o, xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov