15 Sentyabr 2015 16:00
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq edən gənclər və azyaşlılardan ibarət dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi, Post Patrul Xidməti Bölüyü və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov, 2000-ci il təvəllüdlü Ağsu rayon sakini Tacir Şahin oğlu Rəhimov və Bakı şəhər sakini Rəqsanə Elşən qızı Quliyeva tutulublar.

Onlar sentyabrın 14-də 20 Yanvar küçəsində Bərdə rayon sakini 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək, 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli biliniblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər