17 Sentyabr 2015 12:46
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu hadisədən şokdayıq”

Cəlilabad rayonunda məktəblinin intihar etməsinin bəzə təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gülməmmədəli kəndində qeydə alınıb.
Sentyabrın 15-də, axşam saatlarında 12 yaşlı Taleh İsmayılov özünü asaraq ölüb. Onun asılmış vəziyyətdə meyiti ailəyə məxsus taxıl anbarında aşkar olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Taleh İsmayılov sentyabrın 15-də dərsdə olub və dərsdən qayıdandan sonra əmisi arvadından çay istəyib. Bundan sonra azyaşlı yoxa çıxıb. Təxminən yarım saatdan sonra onun asılmış meyiti evdən bir az kənarda olan taxıl anbarında tapılıb.

Mərhum azyaşlının əmisi İsrail İsmayılov Teleqraf.com-a bildirib ki, mərhum azyaşlı fiziki cəhətdən zəif olub: “Taleh fiziki cəhətdən zəif olub, həmişə özünə qapanan uşaq olub. Amma hər gün dərsə gedib və dərslərini oxumaq barədə də problemi olmayıb. Sentyabrın 15-də dərsə gedib. Yəqin ki, necə oxuyacağını fikirləşib və bu addımı atıb. Taxıl anbarında meyiti tapılıb. Biz özümüz də bu hadisədən şokdayıq. İntihar etməsinin səbəblərini bilmirik”.

İntihar edən azyaşlının oxuduğu məktəbin direktoru Sahibəli Babayev Teleqraf.com-a bildirib ki, intihar edən azyaşlının dərslərə davamiyyəti yaxşı olub: “Taleh bizim məktəbdə əlaçı şagirdlərdən biri olub. Fənlərin əksəriyyətindən 4-5, təsadüfü hallarda 3 alıb”.

Məktəb direktoru qeyd edib ki, Taleh İsmayılovun psixi durumu normal olub. Onun sözlərinə görə, Taleh İsmayılovun davranışlarında qeyri-adı heç nə olmayıb. Məktəb direktoru mərhumun intihar etmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib: “Bu hadisə təsadüf nəticəsində baş verib. Taleh İsmayılov yelləncəkdə yellənən zaman kəndir onun boğazına ilişib və o, ehtiyatsızlıqdan ölüb. Onun intihar etməsi ilə bağlı yayılan xəbərlər düzgün deyil”.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Istintaq hərəkətləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər