18 Sentyabr 2015 12:50
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub.

Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər