18 Sentyabr 2015 13:26
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb.

Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşub.

Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: