30 Sentyabr 2015 16:59
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 1962-ci il təvəllüdlü Namiq Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda Namiq Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

Namiq Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Hakim Mayl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı bildirilib və ittiham nitqi ilə çıxış etməsi üçün söz dövlət ittihamçına verilib. Dövlət ittihamçısı çıxış edərək, Namiq Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər