Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Babək prospekti, 78 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 27 yaşlı Təvəkkül Tanrıverdiyevin tanışı ilə mübahisəsi düşüb. Mübahisə zəminində Təvəkkül tanışını döyüb. Döyüldüyünü görən həmin şəxs Təvəkkülü bıçaqlayıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Təvəkkül Tanrıverdiyev xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov