8 Oktyabr 2015 14:43
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər eləməkdə təqsirli bilinən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Zaur Məmmədov Xətai rayonunda qonşuluqda yaşadığı bacanağın 5 yaşlı qızı Samirəyə (ad şərti verilib) qarşı seksual hərəkətlər edib.

Zaur Məmmədov Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Zaur Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 9-da davam edəcək.

Hacı Zeynalov


Müəllif: