Bakının Binəqədi rayonunda şirkətdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 11-də “Bakı İstehsalat Tikinti” şirkətindəki xidməti otaqlardan birində olan seyfdən 1200 manat oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən oranın işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.
Hacı Zeynalov