15 Oktyabr 2015 16:31
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə sevgilisi ilə dava edən gənc qadın intihara cəhd edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 05.30-da Konya şəhərində baş verib. İçkili olduğu müəyyən edilən 28 yaşlı Songül E. bir müddət gözlədikdən sonra özünü körpüdən aşağı atıb. Gənc qadın yanğınsöndürənlərin açdığı hava yastığının üzərinə düşüb.

Polisin məlumatına görə, barda işləyən Songül naməlum səbəbdən sevgilisi ilə dalaşıb. İçkili olan gənc qız körpüyə çıxaraq özünü atıb.

Vətəndaşların çağırışı ilə hadisə yerinə polis, təcili yardım və yanğınsöndürənlər gəlib. Polisin qızı sakitləşdirmək cəhdi nəticə verməyib. 20 dəqiqə keçiddə duran gənc qadın sonda 4.60 m hündürlükdən özünü atıb. Yanğınsöndürənlərin açdığı hava yastığının üzərinə düşən Songül heç bir xəsarət almayıb.

Polisdən verilən məlumata görə, Songül E. 15 gün öncədə qaldığı otelin balkonundan da özünü atmağa çalışıb. Ancaq həmin vaxt polis onu fikirindən daşındıra bilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər