28 Oktyabr 2015 15:58
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər polisinin keçirdiyi əməliyyatla ərzaq mağazasında oğurluq edən iki nəfər saxlanılıb. Onların xalaoğlu olduqları bildirilir.

Teleqraf.com-un xəbərinə görə, rayonun Ağkənd kənd sakini Şahin Rəhimovun mağazasından oğurluq edildiyi barədə polisə məlumat daxil olub. Əməliyyat keçirən polis Abşeron rayonu, Xırdalan qəsəbəsində yaşayan, 1994-cü il təvəllüdlü Göygözlü Elçibəy Zakir oğlu və onun xalası oğlu, Abşeron rayonu, Müşfiq qəsəbəsində yaşayan Quluzadə Eşqin Əhliman oğlu şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirilmə zamanı məlum olub ki, həmin şəxslər əvvəlcədən əlbir olaraq, oktyabrın 27-də, gecə saat 02:30 radələrində Tərtər rayonu Ağkənd kənd sakini Şahin Rəhimova məxsus mağazaya qanunsuz daxil olublar. Xalaoğulları mağazadan 400 manata yaxın nəğd pul və müxtəlif markalardan olan siqaretləri oğurlayıblar. Polisin apardığı əməliyyat nəticəsində hər iki şəxs isti izlərlə yaxalanıb. Onların barəsində cinayət işi açılıb. Araşdırma aparılır.

Xalid Salmanbəyli


Müəllif: