28 Oktyabr 2015 17:53
259

Bərdə rayonunda mağazadan oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 24-də Natiq Həsənova məxsus mağazadan 72 manat, ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlanıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakini Dünyamin Əzizov tutulub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...