29 Oktyabr 2015 12:27
412

Bakıda yük və minik avtomobillərini oğurlayan gənclər yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi və Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakinləri - 1978-ci il təvəllüdlü İkram Əliyev və 1991-ci il təvəllüdlü Əhmədağa Cəbrayılov avtomobillə birlikdə tutulublar.

Onlar oktyabrın 25-nə keçən gecə PYUA küçəsindən Talıb Şirinova məxsus “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli biliniblər.

Bundan başqa, Baş Dövlət Yol Polisi İdarəsi və Nərimanov rayon 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 27-də Bakı şəhər sakini Qaraş Məmmədova məxsus “Daewoo-Centra” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Seyran Allahverdiyev oktyabrın 28-də Bakı - Qazax yolunun 350-ci kilometrliyində saxlanılıb.

Hacı Zeynalov


Müəllif: