Bakının Nizami rayonunda soyğunçuluq edən Qırğısıstan vətəndaşı yaxalanıb.
Teleqraf.com xəbər verir ki, İ.Məmmədov küçəsində naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edərək içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb.
Cinayəti tərədən şəxs hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə təhvil verilib. Onun Qırğısıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov